Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Dünya şöhrətli dirijor, xalq artisti Maestro Niyazinin 110 illiyinə həsr olunmuş virtual sənəd sərgisi istifadəçilərin ixtiyarına verilmişdir

           Maestro... Ona hər kəs bu cür xitab edirdi. İtalyan dilində “ustad” mənasında işlədilən bu kəlmə onun adının qarşısında hər zaman çəkilirdi. O, Hacıbəyov nəslinin və Üzeyir məktəbinin görkəmli nümayəndələrindən biri idi.

Niyazinin həm keçmiş ittifaq miqyasında, həm də bütün dünyada Azərbaycan musiqisinin tanıdılmasında müstəsna xidmətləri olmuşdur. Heç şübhə yoxdur ki, Azərbaycan dirijorluq məktəbinin formalaşması və inkişafı da bilavasitə onun adı ilə bağlıdır. Maestro dünyanın bir sıra ölkələrinin simfonik orkestrı ilə müvəffəqiyyətli çıxışlar etmişdir.

Niyazi bəstəkarlıq fəaliyyətində demək olar ki, bütün janrlara müraciət etmişdir. Lakin onun ən məşhur əsəri “Rast” simfonik muğamı idi.

Ölkə mədəniyyətinin inkişafında etdiyi xidmətlərinə görə 1959-cu ildə SSRİ xalq artisti fəxri adına layiq görülmüş Niyazi bir çox orden və medallarla da təltif edilmişdir.

        S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin şəxsi mənşəli fondlarının sənədləri əsasında hazırlanmış bu virtual sərgi Azərbaycan professional dirijorluq sənətinin görkəmli xadimi, SSRİ xalq artisti Niyazinin anadan olmasının 110-cu ildönümünə həsr olunmaqdadır. 

             Sərgi ilə BURADAN tanış ola bilərsiniz. 


Bugün: 13
Dünən: 881
Bu həftə: 2606
Son həftə: 5867
Bu Ay: 18304
Son Ay: 20754
Bu İl: 83605
Ümumi: 1104026
1104026