Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilmişdir.

8 noyabr 2019-cu il tarixində Şamaxı şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri, Elektron Hökümət üzrə İşçi Qrupun üzvü Natiq Eminov iştirak etmişdir.

Görüşdə elektron hökumətin formalaşdırılması istiqamətində qarşıda duran vəzifələr və onların icra mexanizmləri, hökumət buludunun perspektivləri mövzusunda müzakirələr aparılıb, habelə yeniliklər və bu istiqamətdə beynəlxalq təcrübə bağlı məlumatlandırma həyata keçirilib.

Tədbirin birinci hissəsində elektron hökumətin inkişafı və təşviqi sahəsində aparılan işlər, mövcud beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanları, həyata keçirilən tədbirlər və onların gələcək perspektivləri müzakirə edilib.

Tədbirin ikinci hissəsində beynəlxalq ekspert, professor Con K. Koyle tərəfindən “Dizayn düşüncəsi” (Design thinking) mövzusunda təqdimat edilib, İcra qrupunun üzvləri bu barədə məlumatlandırılıblar.


Bugün: 323
Dünən: 859
Bu həftə: 3230
Son həftə: 4358
Bu Ay: 19360
Son Ay: 22161
Bu İl: 63907
Ümumi: 1084328
1084328