Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Finlandiya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri xanım Kirsti Narinenin Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovla görüşü keçirilmişdir

20 iyun 2023-cü il tarixində Finlandiya Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri Kirsti Narine Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olmuş və İdarənin rəisi Əsgər Rəsulovla görüşü keçirilmişdir.           

Finlandiya Respublikasının Azərbaycan Respublikasında fəaliyyət göstərən Fəxri Konsulluğunun təşəbbüsü əsasında keçirilən görüşdə “Nobel qardaşları”, eləcə də “Azərbaycanda finlər” mövzusu ətrafında geniş müzakirə aparılmış, dövlət arxivlərində qeyd olunan mövzu üzrə mühafizə olunan sənədlər barədə xanım Səfirə ətraflı məlumat verilmişdir.

        Görüşdə həmçinin ölkələrimiz arasında digər sahələrdə olduğu kimi arxiv işində də əməkdaşlıq layihələri, təcrübə mübadiləsi məsələləri üzrə müzakirələr aparılmışdır.


Bugün: 476
Dünən: 707
Bu həftə: 5469
Son həftə: 5963
Bu Ay: 15471
Son Ay: 23672
Bu İl: 104444
Ümumi: 1124865
1124865