Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Görkəmli alim, sənətşünaslıq doktoru Nəsir Rzayevin anadan olmasının 100 illiyi münasibətilə onun müəllifi olduğu əsərlər arxiv sənədləri əsasında yenidən nəşr olunmuşdur.

      "Qayalar danışır" adlı kitab S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxvinin, sənətşünaslıq doktoru Nəsir Rzayevin həyat və fəaliyyətini özündə əks etdirən qiymətli sənədlərin cəmləşdiyi 615 nömrəli fondunda mühafizə edilən arxiv materialları əsasında yenidən nəşr edilmişdir.  Azərbaycanın qədim dövr incəsənət tarixinin fəal tədqiqatçısı, sənətşünaslıq doktoru Nəsir Rzayevin anadan olmasının 100 illiyi münasibətilə işıq üzü görən kitab görkəmli alimin "Əsrlərin səsi", "Qayalar danışır", "Möcüzəli qərinələr" adlı elmi-kütləvi nəşrlər seriyasından olan monoqrafiyaları əsasında hazırlanmışdır. Qeyd etmək lazımdır ki, vaxtilə çap olunarkən ixtisarlara məruz qalmış bəzi hissələr yuxarıda adıçəkilən fondun materialları əsasında orijinalda olduğu kimi verilmişdir. 

       Sözügedən nəşrin tərtibçisi və müqəddimənin müəllifi S.Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxvinin arxeoqrafı Durna Ağayevadır. 

 

 

 

 

 

 


Bugün: 811
Dünən: 835
Bu həftə: 4088
Son həftə: 4759
Bu Ay: 13919
Son Ay: 20754
Bu İl: 79220
Ümumi: 1099641
1099641