Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Heydər Əliyev Mərkəzində təşkil edilmiş “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisində Dövlət Kino-Foto Sənədləri Arxivində mühafizə edilən sənədlər nümayiş etdirilmişdir.

Milli Musiqi Günü ərəfəsində “Heydər Əliyev Mərkəzində” təşkil edilən tədbirdə Azərbaycanın müsiqişünasları, xanəndələri və ictimai xadimləri iştirak edirdilər. Tədbir çərçivəsində, sərginin açılışı məqsədilə təşkil edilmiş mərasimdə çıxış edən müsiqişünaslar Azərbaycan milli musiqi alətlərini özününküləşdirmək, musiqi irsimizi mənimsəmək hallarının müşahidə edildiyi bir zamanda bu cür sərginin təşkil edilməsinin  çox önəmli bir hadisə olduğunu bildirmiş, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək istiqamətində belə tədbirlərin davamlı şəkildə keçirilməsinin vacibliyini qeyd etmişdirlər. Nəzərə çatdırılmışdır ki, Heydər Əliyev Mərkəzində Azərbaycan mədəniyyətinə, ümumiyyətlə, Şərq mədəniyyətinə aid musiqi alətlərinin sərgilənməsi çox maraqlı haldır və bunlar hamısı Azərbaycan musiqisinin böyük təbliğatıdır”.

Sərgidə Dövlət Kino-Foto Sənədləri Arxivində mühafizə olunan “İRS” qadın xalq çalğı alətləri ansamblı, ilk qadın triosu, xalq çalğı alətləri haqqında və digər aidiyyəti fotolar nümayiş etdirilmiş və iştiraçıların böyük marağına səbəb olmuşdur. Sözügedən tədbirdə Milli Arxiv İdarəsinin və Dövlət Kino-Foto sənədləri Arxivinin əməkdaşları iştirak etmişdirlər.

 

 

 

 


Bugün: 792
Dünən: 676
Bu həftə: 2840
Son həftə: 4358
Bu Ay: 18970
Son Ay: 22161
Bu İl: 63517
Ümumi: 1083938
1083938