Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

İsveçli yazıçı və tədqiqatçı Benqt Yanqfeldt Milli Arxiv İdarəsində olmuşdur.

            15 oktyabr 2018-ci il tarixində Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovun məşhur isveçli yazıçı və tədqiqatçı, slavist, Kral Musiqi Akademiyasının,   Kral Azad İncəsənət Akademiyasının və İsveç Akademiyası ilə birlikdə nəşr edilən “Artes” jurnalının redaktoru Benqt Yanqfeldt ilə görüşü olmuşdur. Görüşdə həmçinin Stokholm Biznes Tarixi Mərkəzinin əməkdaşı Vadim Azbel, İsveçin Azərbaycandakı Müvəqqəti işlər vəkili Xristian Kamill və onun köməkçisi Sirus Rüstəmov iştirak etmişdirlər.

            Tanınmış yazıçı B. Yanqfeld Nobel ailəsinin tarixi, o cümlədən bu ailənin Azərbaycandakı fəaliyyəti haqqında yazacağı sənədli-bədii kitab barədə görüş iştirakçılarına məlumat vermişdir. Bildirilmişdir ki, Nobel qardaşlarının Azərbaycandakı neft hasilatı və nəqli sahəsindəki fəaliyyəti onların adını daşıyan cəmiyyət və tarixçilər tərəfindən daim diqqətdə saxlanılır, bu istiqamətdə araşdırmalar aparılır.

            Görüş zamanı B. Yanqfeldt Nobel qardaşlarının fəaliyyətinə dair Dövlət Tarix Arxivində, həmçinin Dövlət Kino-Foto Sənədləri Arxivində mühafizə olunan bir sıra nadir sənədlərlə tanış olmuşdur. 


Bugün: 312
Dünən: 859
Bu həftə: 3219
Son həftə: 4358
Bu Ay: 19349
Son Ay: 22161
Bu İl: 63896
Ümumi: 1084317
1084317