10 İyun 2025 04:13 XƏBƏRLƏR Baxış sayı : 79
10 iyun 2025-ci il tarixində Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Zəkiyyə İğıl Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olmuş və İdarənin rəisi Əsgər Rəsulovla görüşmüşdür.
Səfirliyin təşəbbüsü ilə keçirilən görüş zamanı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ilə Əlcəzair Milli Arxivinin əməkdaşlıq perspektivləri, birgə layihələrin reallaşdırılması, təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur. Azərbaycan arxivləri ilə əlaqələrin qurulması, təcrübə mübadiləsi məsələlərinin həllinin hər iki ölkənin arxiv təşkilatlarının gələcək fəaliyyətinə müsbət təsir edəcəyini bildirən xanım diplomat əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etmişdir. Milli Arxiv İdarəsinin rəisi əməkdaşlıq təşəbbüsünə müsbət baxdığını və hökumətlər arası arxiv işi sahəsində sazişin imzalanmasının əməkdaşlığın möhkəmlənməsi və daha da genişlənməsinə xidmət edəcəyini bildirmişdir. Xanım Səfir “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Əlcəzair Milli Arxivinin Baş İdarəsi arasında arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş” məsələsinə toxunaraq, il ərzində sənədin imzlanması istiqamətində işlərin sürətləndirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırmışdır .
Qonağa həmçinin Azərbaycan Respublikasının dövlət arxivləri və mühafizə edilən sənədlər barədə qısa məlumat verilmişdir.
Bugün: | 760 |
Dünən: | 949 |
Bu həftə: | 3580 |
Son həftə: | 6433 |
Bu Ay: | 10895 |
Son Ay: | 30801 |
Bu İl: | 146090 |
Ümumi: | 1458674 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az