Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

MAF-a məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları təsdiq edilib

"Milli arxiv fonduna məxsus elektron sənədlərin daimi dövlət mühafizəsinə qəbulu, mühafizəsi, istifadəsi və arxiv sənədlərinin rəqəmsallaşdırılması Qaydaları" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 9 fevral tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilib. 

Təsdiq edilən Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli 1815 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafina dair 2020-2025-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.4.4-cü yarımbəndinə əsasən hazırlanmışdır. Adıçəkilən Qaydalar dövlət arxiv fondunun xüsusi hissəsi istisna olmaqla dövlət və yerli özünüidarə orqanları, dövlət və qeyri-dövlət idarə, müəssisə və təşkilatları tərəfindən Milli arxiv fonduna məxsus elektron sənədlərlə işin təşkili, onların qeydiyyatı, dəyərinin ekspertizası, daimi dövlət mühafizəsinə təhvil verilməsi üçün hazırlanması, təhvili, qəbulu, mühafizəsi və istifadəsi, habelə arxiv sənədlərinin rəqəmsallaşdırılması ilə bağlı məsələləri tənzimləyir.

Qaydalar ilə BURADAN tanış ola bilərsiniz.

 


Bugün: 448
Dünən: 947
Bu həftə: 3450
Son həftə: 7045
Bu Ay: 2525
Son Ay: 25580
Bu İl: 215343
Ümumi: 1235764
1235764