20 İyun 2022 06:28 XƏBƏRLƏR Baxış sayı : 670
Qazaxıstan Respublikası Prezident Arxivinin və Rusiya Dövlət Humanitar Universitetinin, Əl Fərabi adına Qazax Milli Universitetinin birgə təşkilatçılığı ilə MDB ölkələri üzrə gənc arxivçilərin V Yay Məktəbi təşkil edilmişdir. Tədbirin əsas məqsədi arxivçilərin ixtisaslarının artırılması, yeni texnologiyalarla tanışlıq, müasir metodların arxiv işinə tətbiqi və arxiv işi sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsidir.
Cari ilin 15-17 iyun tarixlərində onlayn və oflayn formatda keçirilən V Yay Məktəbi “Rəqəmsal transformasiya mühitində Milli arxiv qanunvericiliyi” mövzusuna həsr edilmişdir. Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Çin, Monqolustan və s. ölkələrdən 350-dən çox arxivçinin qatıldığı tədbirdə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin aparıcı məsləhətçisi Roza Əliyeva və Beynəlxalq əlaqələr sektorunun məsləhətçisi Gültən Eminova təmsil etmişdir.
V Yay Məktəbində sözügedən mövzu üzrə məruzəçi qismində Rusiya, Belarus, Qazaxıstan, Özbəkistan, Çin, Cənubi Koreya və s. ölkələrdən qabaqcıl alimlərin və arxivçilərin çıxışı dinlənilmişdir.
| Bugün: | 703 |
| Dünən: | 1545 |
| Bu həftə: | 3926 |
| Son həftə: | 14312 |
| Bu Ay: | 41743 |
| Son Ay: | 55392 |
| Bu İl: | 193782 |
| Ümumi: | 1887707 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az