Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

MDB-yə üzv dövlətlərin dövlət arxiv xidmətləri rəhbərlərinin Məşvərət Şurasının 19-cu iclası keçirilmişdir

20-21 sentyabr 2023-cü il tarixində Özbəkistan Respublikasının Səmərqənd şəhərində MDB-yə üzv dövlətlərin dövlət arxiv xidmətləri rəhbərlərinin Məşvərət Şurasının 19-cu iclası keçirilmişdir.

Məşvərət Şurasının növbəti iclasında  Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Özbəkistan arxiv xidmətlərinin rəhbərləri və əməkdaşları iştirak etmişdirlər. Şuranın iclasında Azərbaycan Respublikasının Milli Arxiv İdarəsini İdarənin rəisi Əgər Rəsulov təmsil etmişdir. Növbəlilik prinsipi ilə Özbəkistanda keçirilən Məşvərət Şurasının 19-cu iclasında iştirakçılar təmsil etdikləri ölkələr üzrə arxiv işi sahəsində qazanılmış nailiyyətlər və mövcud problemlər haqqında məruzə ilə çıxış etmişdirlər.  

Qeyd etmək lazımdır ki, Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin dövlət arxiv xidmətləri rəhbərlərinin Məşvərət Şurası 3 dekabr 2004-cü il tarixində MDB Hökumət Başçıları Şurası adından MDB İqtisadi Şurasının qərarı ilə yaradılmışdır. O, MDB-nin sahə üzrə əməkdaşlıq orqanıdır və arxiv işinin aktual məsələlərinə birgə baxılması və onların həlli mexanizmlərinin hazırlanması üçün yaradılmışdır.

Sözügedən tarixlərdə Özbəkistan Respublikasının "Uzarxiv" Agentliyi  və Arxiv işi və sənədlərlə iş üzrə Ümumrusiya Elmi Tədqiqat İnstitutunun (ВНИИДАД) birgə təşkilatçılığı ilə "Arxivlər və elektron sənədlər: müasir tələblər" mövzusunda beynəlxalq elmi-praktik konfransı keçirilmişdir.

Elektron sənəd dövriyyəsinin təşkili, elektron sənədlərin müasir şəraitdə saxlanması və istifadəsi, kağız daşıyıcılarının rəqəmsallaşdırılması, arxiv işində qabaqcıl texnologiyalarla bağlı məsələlərin müzakirə olunduğu beynəlxalq elmi-praktik konfransda Türkiyə, Macarıstan, Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistandan olan mütəxəssislərin məruzələri dinlənilmişdir. Konfransda Milli Arxiv İdarəsinin Arxiv işinin rəqəmsallaşdırılması və innovasiyalar şöbəsinin müdiri Roza Əliyeva iştirak və çıxış etmişdir.  


Bugün: 571
Dünən: 1678
Bu həftə: 2249
Son həftə: 14312
Bu Ay: 40066
Son Ay: 55392
Bu İl: 192105
Ümumi: 1886030
1886030