Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının 16-cı yığıncağı keçirilmişdir

     10 dekabr 2020-ci il tarixində MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasının 16-cı yığıncağı keçirilmişdir. Videokonfrans formatında baş tutan yığıncaqda MDB-yə üzv olan Azərbaycanla yanaşı, Rusiya, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan arxiv xidməti rəhbərləri, həmçinin MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak etmişdir. Yığıncaqda Azərbaycan Respublikasını Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov təmsil edirdi. Məsləhət Şurasının 16-cı yığıncağına rotasiya qaydasında Qırğızıstan Respublikası sədrlik edirdi.

       Yığıncaqda yeni növ  “COVİD-19” koronavirus infeksiyası ilə mübarizə çərçivəsində arxiv xidməti təşkilatlarının gördükləri tədbirlər barədə məlumat verilmişdir. Daha sonra ölkələr üzrə hesabat ilində görülmüş işlər barədə Məsləhət Şurasının üzvlərinin məlumatı dinlənilmişdir.

    Yığıncaqda MDB-nin 30 illiyi çərçivəsində üzv ölkərələrin hökumət başçıları tərəfindən təsdiqlənmiş tədbirlər planına uyğun olaraq görüləcək işlər müzakirə edilmişdir.

          İclasda Özbəkistan Respublikasının “Uzarxiv” Agentliyi MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasına tam hüquqlu üzv qəbul edilmişdir.

           Daha sonra gündəlikdə duran məsələlər barəsində aidiyyəti üzrə müzakirələr keçirilmiş, fikir mübadiləsi aparılaraq müvafiq qərarlar qəbul olunmuşdur.

         Sonda MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məsləhət Şurasına növbəti birillik müddətə Belarus Respublikası Ədliyyə Nazirliyinin Arxivlər və Kargüzarlıq Departamentinin rəhbəri V.İ. Kuraş sədr seçilmişdir.

 


Bugün: 874
Dünən: 890
Bu həftə: 2586
Son həftə: 5867
Bu Ay: 18284
Son Ay: 20754
Bu İl: 83585
Ümumi: 1104006
1104006