Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Tədbiri İdarənin rəisi Əsgər Rəsulov açaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. Təbrikdə qeyd edilib ki, Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır. Zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır. Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər.

Əsgər Rəsulov bildirdi ki, respublikamızın arxiv xidməti sahəsində çalışan əməkdaşlarımızın əksər hissəsini qadınlar təşkil edir. Onların həm İdarənin mərkəzi aparatında, həm də dövlət arxiv xidməti təşkilatlarında rəhbər və məsul vəzifələrdə çalışırlar.

Əsgər Rəsulov bir daha qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək, onlara uzun ömür, işlərində müvəfəqiyyətlər arzuladı.

Sonda Milli Arxiv İdarəsinin rəhbərliyi, Həmkarlar İttifaqı Komitəsi adından xanım əməkdaşlara gül dəstələri təqdim edilib.

 


Bugün: 235
Dünən: 780
Bu həftə: 4521
Son həftə: 5963
Bu Ay: 14523
Son Ay: 23672
Bu İl: 103496
Ümumi: 1123917
1123917