03 Noyabr 2025 08:48 XƏBƏRLƏR Baxış sayı : 102
Milli Arxiv İdarəsinin 2025-ci ilin iş planına uyğun olaraq təşkil edilən seminarda İdarə rəisinin müavini Həsən Həsənov, Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə Abasova, Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov, Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivinin filiallarının, sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinin rəhbərləri, aidiyyəti sahəyə məsul olan müvafiq vəzifəli şəxslər iştirak ediblər.
İlk öncə qarşıdan gələn Zəfər Günü, Dövlət Bayrağı Günü və Konstitusiyanın qəbul edilməsinin 30 illiyi münasibətilə Milli Arxiv İdarəsinin rəhbərliyi və respublika arxivçiləri adından təbrik səsləndirildi.
Seminarı açıq elan edən H.Həsənov mövzunun aktuallığını önə çəkərək dövlət arxiv xidməti təşkilatlarında Milli arxiv fondu sənədlərindən istifadənin digər əsas sahəsi kimi dövlət qurumlarına, hüquqi və fiziki şəxslərə arxiv xidmətinin göstərilməsi zamanı arxiv sənədlərinin rolunu və əhəmiyyətini qeyd etdi. H.Həsənov həmçinin Qərbi Azərbaycan məsələsinə toxunaraq, müvafiq mövzuda arxiv sənədlərindən geniş istifadə edildiyini bildirdi.
Mövzu üzrə məruzə ilə çıxış edən Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov son dövrlər milli arxiv fondu sənədlərinin istifadəsi üzrə statistik göstəriciləri qeyd edərək dövlət qurumları, hüquqi və fiziki şəxslər tərəfindən arxiv sənədlərinin geniş istifadə edildiyini bildirdi. Qeyd edildi ki, cari ilin 9 ayı ərzində daxil olan sorğuların miqdarı 2024-cü ilin eyni dövrü ilə müqayisədə 17 faiz artmışdır. Sorğuların sayının artması həmçinin onlarının keyfiyyət baxımından qanununvericiliyin tələblərinə uyğun şəkildə icra edilməsi məsələləsini aktuallaşdırır. Burada əsas faktorlardan biri arxiv sənədlərindən istifadə edilərkən fərdi məlumatların qorunmasının vacibliyi seminar iştirakçılarının diqqətinə çatdırıldı. Bu istiqamətdə əldə edilmiş nailiyyətlər və qarşıya çıxan çətinliklər və onların həlli yolları barədə məlumat verildi.
Daha sonra N. Eminov tərəfindən “Qərbi Azərbaycan İrsi” kitabı haqqında məlmat verildi. Bildirildi ki, Qərbi Azərbaycan İcması tərəfindən hazırlanan kitabın müəllifləri Əziz Ələkbərli və Səbuhi Hüseynov, ideya müəllifi və layihə rəhbəri Ədalət Vəliyevdir. Kitab Ermənistanda azərbaycanlılara məxsus olan qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat əsasında hazırlanıb. Hesabat indiki Ermənistan Respublikası ərazisində vaxtilə azərbaycanlıların dəfn olunduğu 201 qəbiristanlığın müasir peyklər vasitəsilə tədqiqi, tarixi-müqayisəli təhlili və monitorinqini özündə əks etdirir. Tədqiqatın aparılmasında çoxsaylı arxiv materiallarından, məxfilik qrifi götürülmüş ABŞ kəşfiyyat peyklərinin təsvirlərindən və digər mənbələrdən istifadə edilib. Kitab azərbaycanlılara məxsus qəbiristanlıların dağıdıldığını, yerlə yeksən edildiyini sübut edən faktlarla zəngindir.
Seminar sual - cavab formatında davam etdirilib.
| Bugün: | 392 |
| Dünən: | 1204 |
| Bu həftə: | 7046 |
| Son həftə: | 7393 |
| Bu Ay: | 9045 |
| Son Ay: | 39446 |
| Bu İl: | 307091 |
| Ümumi: | 1619675 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az