18 Fevral 2026 04:27 XƏBƏRLƏR Baxış sayı : 361
Milli Arxiv İdarəsində keçirilən müşavirədə İdarənin, o cümlədən mərkəzi aparatın struktur bölmə rəhbərləri, respublika dövlət arxivlərinin və dövlət arxivi filiallarının direktorları iştirak edirdi.
İclası İdarənin rəisi Əsgər Rəsulov açaraq, gündəlikdə duran məsələ - sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinin fəaliyyətinin yenidən təşkili haqqında məlumat verdi. Əsgər Rəsulov bildirdi ki, “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinin maliyyələşməsi ilk dəfə olaraq mərkəzləşdirilmiş xərclərə aid edilmişdir. Adıçəkilən arxivlərin ştatlarının idarə edilməsi, təyinat, maliyyələşmə və tabelilik məsələlərinin Milli Arxiv İdarəsi tərəfindən həyata keçirilməsi, bu istiqamətdə görülən işlər haqqında məlumat verildi.
İdarə rəisinin müavini Həsən Həsənov rayon dövlət arxivlərinin fəaliyyətinin təşkili ilə bağlı normativ hüquqi aktların, onların əsasnamələrinin yenilənməsi, o cümlədən maliyyə məsələlərinin həlli ilə bağlı məlumat verdi.
Daha sonra çıxış edən İdarənin şöbə müdirləri rəhbərlik etdikləri sahə üzrə rayon dövlət arxivlərinin işinin təşkili haqqında məlumat verdilər.
Müşavirə açıq diskussiya şəklində davam etdirildi.
| Bugün: | 740 |
| Dünən: | 1505 |
| Bu həftə: | 12141 |
| Son həftə: | 13420 |
| Bu Ay: | 35646 |
| Son Ay: | 55392 |
| Bu İl: | 187685 |
| Ümumi: | 1881610 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az