Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində Vətən müharibəsində qazanılmış qələbənin 5 illiyinə, həmçinin Konstitusiyamızın qəbul edilməsinin 30 illiyinə həsr edilmiş tədbir keçirilib

Milli Arxiv İdarəsi rəhbərliyinin, struktur bölmə rəhbərlərinin, o cümlədən İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatlarının rəhbər və məsul şəxslərinin iştirakı ilə Vətən müharibəsində qazanılmış qələbənin 5 illiyinə, həmçinin Konstitusiyamızın qəbul edilməsinin 30 illiyinə həsr edilmiş tədbir keçirildi.

İlk öncə Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. İdarənin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsi tərəfindən hazırlanan və 44 günlük vətən müharibəsində qazanılmış Qələbəyə həsr edilmiş “44 gün Zəfər meydanında” adlı videoxronika nümayiş etdirildi.

İdarənin rəisi Əsgər Rəsulov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvəllərin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində keçdiyi şərəfli yol və Zəfər haqqında tarixi faktları iştirakçıların diqqətinə çatdırdı. Qeyd etdi ki,  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.

Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

 Çıxış edən Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində rəşadətli ordumuz 28 il erməni əsarətində olan torpaqlarımızı azadlığına qovuşdurdu. Noyabrın 8-də  uzun sürən həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə unikal hərbi əməliyyat kimi daxil oldu. Bu gün də xalqımız qüdrətimizin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbəni yüksək səviyyədə qeyd edir. Natiq qeyd etdi ki,  Vətən uğrunda canlarını fəda edən şəhidlərimiz xalqımızın qəlbində daim yaşayacaqdır.

Daha sonra İdarə rəisinin müavini Həsən Həsənov 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı məruzə ilə çıxış etdi. Həsən Həsənov XX əsrdə ölkəmizin əsas qanunlarının hazırlanmasının, icrasının və tətbiqinin tarixi haqqında qısa məlumat verdi. Bildirildi ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynayır. Qeyd edilib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.


Tədbir açıq diskussiya şəklində davam etdirildi.

 

 


Bugün: 417
Dünən: 1204
Bu həftə: 7071
Son həftə: 7393
Bu Ay: 9070
Son Ay: 39446
Bu İl: 307116
Ümumi: 1619700
1619700