Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin baş məsləhətçisi R. Səfərovun “1918-1920-ci illərin “Azərbaycan” qəzetində Qarabağ məsələsi” sərlövhəli məqaləsi mətbuatda dərc edilmişdir

Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun “1918-1920-ci illərin “Azərbaycan” qəzetində Qarabağ məsələsi” sərlövhəli məqaləsi “Azərbaycan” qəzetinin 02 sentyabr  2023-ci il tarixli, 188 (9355) sayında dərc edilmişdir.          

Müəllifin  arxiv  sənəd və materialları  əsasında yazdığı bu məqalədə qeyd edilir ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ciddi səyləri nəticəsində hökumətin mətbu orqanı kimi yaradılmış “Azərbaycan” qəzetində “Qarabağ məsələsi”nə və onun həlli yollarına  xüsusi diqqət  yetirilmişdir. Hələ 100 ildən artıq bir müddət bundan əvvəl  1919-cu  ilin yayında Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qəti mövqeyi və  məqsədyönlü siyasəti nəticəsində Respublikanın Qarabağda suveren hüquqları  bərpa  edilmişdir. Parisdə olan Azərbaycan nümayəndələrinə göndərilən məlumatda qeyd edilmişdir: “Qarabağ adlandırılan məsələ qəti şəkildə həll edildi...7-ci erməni qurultayında Qarabağ errmənilərinin nümayəndələri Azərbaycan hökumətinin hakimiyyətini tanımaq haqqında Qarabağın general qubernatoru Xosrov bəy Sultanovla sazış bağladılar.”         

Bu gün də tarixdən ibrət dərsi götürmək istəməyən   həyasızcasına Azərbaycana qarşı ərazi iddialarını davam etdirmək istəyən erməni-daşnak qüvvələri bilməlidir ki, tarix onun ibrət dərslərindən düzgün nəticə çıxarmayanları heç vaxt bağışlamır. 

Azərbaycana qarşı işğalçılıq və ərazi iddiasını davam etdirən, dərin iqtisadi-sosial və mənəvi böhran yaşayan Ermənistan Azərbaycan Respublikasına qarşı yürütdükləri bu işğalçı siyasətindən əl çəkməlidir. Gec də olsa, separatçı erməni-daşnak qüvvələri Qarabağda törətdikləri özbaşınalıqlara son  qoymalı və  birdəfəlik dərk etməlidirlər ki, əzəli və əbədi türk torpağı olan Qarabağda  ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan xalqı heçvaxt  imkan  verməyəcəkdir. 

Mütərəqqi dünya ictimaiyyəti dirçəlməkdə olan azad edilmiş ərazilərdə, xüsusilə də Xocalıda nümayiş etdirilmiş erməni faşizmininin ikişafına yol verməməli, bəşəri qüvvlərin birgə səyi ilə dirçəlməkdə olan erməni faşizminin   qarşısı  alınmalıdır. 

Məqalənin tam mətni ilə BURADAN və ya "Azərbaycan" qəzetinin e-versiyası ilə (səh:5) ilə tanış ola bilərsiniz. 

 


Bugün: 12
Dünən: 707
Bu həftə: 5005
Son həftə: 5963
Bu Ay: 15007
Son Ay: 23672
Bu İl: 103980
Ümumi: 1124401
1124401