Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Andranikin törətdiyi qanlı cinayətlər" sərlövhəli məqaləsi mətbuatda dərc edilib

Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun arxiv sənəd və materialları əsasında hazırladığı“Andranikin törətdiyi qanlı cinayətlər, erməni generalının qulağının kəsilmə səbəbi onun xainliyinin nəticəsidir” sərlövhəli məqaləsi  27 fevral 2024-cü il tarixli, 37( 6038) saylı “Şərq” qəzetində dərc edilmişdir.  

Müəllif, həmin məqalədə Osmanlı İmperiyasının erməni əsilli vətəndaşı - Andranik Ozanyanın öz vətənininə-Osmanlı İmperiyasına qarşı xəyanətkar fəaliyyətindən bəhs edərək onun öz vətəninə  qarşı törətdiyi hərbi xəyanətə görə türk hərbçiləri tərəfindən cəza tədbiri  kimi sağ qulağının kəsildiyi və bununla da onun xalq arasında"təkqulaqlı Andranik"adının qazandığını qeyd edir. Məqalədə həmçinin qeyd olunur ki, Andranik layiq olduğu cəzanı almasına  baxmayaraq  Osmanlı İmperiyasına qarşı öz xəyanətkar fəaliyyətini dayandırmır, Türkiyədə fəaliyyət göstərən erməni silahlı dəstələrinə silah qaçaqmalçılığı ilə məşğul olurdu. Andranik  Türkiyəyə qarşı xəyanətkar fəaliyyətini davam etdirir, həmçinin 1890-cı illərdə Türk ordusuna qarşı döyüşlərdə iştirak edir, türk və azərbaycanlıların yaşadıqları kəndləri yandırır, dağıdaraq tar-mar edir, kütləvi  qətllər həyata keçirir.

Məqalənin tam mətni ilə BURADAN tanış olmaq mümkündür.


Bugün: 603
Dünən: 1017
Bu həftə: 5201
Son həftə: 5867
Bu Ay: 20899
Son Ay: 20754
Bu İl: 86200
Ümumi: 1106621
1106621