Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin Baş məsləhətçisi Rafiq Səfərovun “Respublikamızda ilk hərbi topoqrafiya məktəbinin banisi general-mayor İbrahim Ağa Vəkilov” sərlövhəli məqaləsi mətbuatda dərc edilib.

Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin baş məsləhətçisi Rafiq Səfərovun “İlk Hərbi Bayrağımızın yaradıcısı, Azərbaycanın ilk coğrafi xəritəsinin müəllifi və Respublikamızda ilk hərbi topoqrafiya məktəbinin banisi general-mayor İbrahim Ağa Vəkilov” sərlövhəli məqaləsi “Kaspi” qəzetinin 02 avqust 2025-ci il tarixli 29(4230) saylı buraxılışında dərc edilmişdir. 

       İbrahim ağa Vəkilov Azərbaycan tarixində iz qoymuş görkəmli şəxsiyyətlərdəndir. O, 1853-cü il mayın 7-də keçmiş Yelizavetpol quberniyasının Qazax qəzasının Qırax Salahlı kəndində anadan olub. 1864-cü ildə on bir yaşı olarkən atası Paşa ağa vəfat edib. İbrahim ağa Vəkilov 1866-cı il sentyabrın 6-da Tiflisdəki üçüncü Mejavoy Hərbi gimnaziyasına daxil olub. Həmin məktəbdə doqquz il təhsil aldıqdan sonra həmyerlisi Mirzə Hüseyn əfəndi Qayıbzadənin məsləhəti ilə Peterburqdakı hərbi topoqrafiya məktəbinə üz tutub. 1879-cu ildə həmin hərbi məktəbi bitirdikdən sonra qulluq etmək üçün Tiflisə göndərilən gənc zabit bir müddət Qafqaz hərbi dairəsinin topoqrafiya qərargahında çalışıb. 

       Məqalənin tam mətni ilə BURADAN (səh. 15) tanış ola bilərsiniz.

 

 


Bugün: 1429
Dünən: 1290
Bu həftə: 5763
Son həftə: 9028
Bu Ay: 14791
Son Ay: 34711
Bu İl: 347548
Ümumi: 1660132
1660132