Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin rəis müavini Həsən Həsənovun və Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Türkiyə ordusunun ilk azərbaycanlı generalı...” adlı məqaləsi mətbuatda dərc edilmişdir

26 iyun 2023-cü il tarixli 135(3051) saylı “Xalq”qəzetində Milli Arxiv  İdarəsinin rəis müavini Həsən Həsənovun və Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Türkiyə ordusunun ilk azərbaycanlı generalı. O, həm də Cümhuriyyət dönəmində Şuşanı müdafiə etmişdi” adlı məqaləsi dərc edilmişdir.

Məqalə Türk ordusunda xidmət edərək general-mayor rütbəsinə yüksəlmiş milli hərbi kadrlarımızdan olan Gəncədə “El atası” çağrılan Ələkbər bəy Rəfibəylinin kiçik qardaşı Meşədi bəyin oğlu, Cümhuriyyət dövründə Gəncənin xalq qubernatoru seçilmiş Xudad bəy Rəfibəylinin əmisi oğlu Səməd bəy Rəfibəyli haqqındadır. Müəlliflər ölkəmizdə  milli ordu quruculuğu tarixinə nəzər salaraq,bu yolda böyük zəhməti və  xidmətləri  olmuş şəxsləri böyük hörmət və  ehtiramla  yad  edərək arxiv sənəd və  materialları  əsasında hazırladıqları bu  məqaləni hörmətli oxucuların diqqətinə  çatdırır.

           Məqalənin tam mətni ilə linkə keçid edərək  BURADAN (səh. 10)  və ƏMƏKDAŞLARIMIZIN ARXİV ARAŞDIRMALARI bölməsindən tanış ola bilərsiniz.


Bugün: 513
Dünən: 917
Bu həftə: 1430
Son həftə: 5734
Bu Ay: 5469
Son Ay: 23672
Bu İl: 94442
Ümumi: 1114863
1114863