10 İyun 2025 09:20 XƏBƏRLƏR Baxış sayı : 35
Azərbaycan Arxivinin yaradılmasının 105 illiyinə, o cümlədən 9 İyun - Beynəlxalq Arxivlər Gününə həsr edilmiş və Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov, İdarə rəisinin müavini Həsən Həsənovun həmmüəllifi olduqları "Mötəbər tarixi həqiqətlər məbədi" sərlövhəli məqalə "Xalq qəzeti"nin 03 və 06 iyun 2025-ci il tarixli buraxılışında dərc edilib.
"Ulu öndərin müdrik fikri arxiv xidmətinin mahiyyətini, arxiv sənədinin dəyərini, arxiv işinin ictimai-siyasi və elmi-tarixi əhəmiyyətini dəqiq və sərrast ifadə edir. Dövlət idarəçiliyində zəngin təcrübəsi və siyasi uzaqgörənliyi ilə müstəqil Azərbaycan dövlətinin uğurlu inkişaf strategiyasını müəyyən edən Ulu öndər xalqımızın milli-mənəvi sərvəti olan mədəni irsin, tarixi yaddaşın qorunmasında arxivlərin rolunu və əhəmiyyətini yüksək qiymətləndirmiş, onu dövlət idaretmə sisteminin mühüm elementi hesab etmişdir.
Sosial idarəetmədə fəal iştirak edən dövlət strukturu olaraq arxiv sisteminin cəmiyyətdəki rolu və əhəmiyyəti məsələsi həmişə diqqət mərkəzində olmuş və obyektiv dəyərləndirilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin çıxışlarında, elm adamları ilə görüşlərində tariximizin taleyüklü problemləri ilə bağlı irəli sürdüyü fikir və təşəbbüslərində, çağırışlarında xalqımızın tarixi irsinin qorunmasının vacibliyi önə çəkilir. Görkəmli dövlət və ictimai xadimlərin, sahə üzrə ekspertlərin ictimai elmlərin inkişaf istiqamətlərini müəyyən edən nəzəri tezislərində humanitar və ictimai elmlər sahələrində çalışan alimlərin və tədqiqatçıların, xüsusilə tarixçilərin öz elmi araşdırmalarında obyektiv təhlil və tənqid metoduna əsaslanaraq ən azı yüzillik tarixə malik mənbələrdən, qədim məxəzlərdən, arxiv sənədlərindən istifadə olunmasının aktuallığı qeyd olunur."
Məqalə ilə daha ətraflı aşağıdakı linklərdən tanış ola bilərsiniz:
https://xalqqazeti.az/uploads/pdf-files/159710/xalqqazeti-03.06.2025.pdf (səh.13)
https://xalqqazeti.az/uploads/pdf-files/160328/xalqqazeti-06.06.2025.pdf (səv. 9)
Bugün: | 364 |
Dünən: | 1004 |
Bu həftə: | 2235 |
Son həftə: | 6433 |
Bu Ay: | 9550 |
Son Ay: | 30801 |
Bu İl: | 144745 |
Ümumi: | 1457329 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az