26 Yanvar 2026 09:27 XƏBƏRLƏR Baxış sayı : 274
2025-ci il üzrə müvafiq hesabat sənədlərinin hazırlanması, onların Elektron Hesabatlar Sisteminə (EHS) yerləşdirilməsi, təhlili, o cümlədən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki sənədləri dəyişən tərkibli rayon (şəhər) dövlət arxivlərinin maliyyələşməsinin mərkəzləşdirilmiş xərclərə aid edilməsi məsələləri barəsində Dövlət Arxivinin Gəncə və Şirvan filiallarında xidməti müşavirə keçirilib.
Dövlət Arxivinin Gəncə filialında Daşkəsən, Göygöl, Goranboy, Samux, Naftalan rayon dövlət arxivlərinin, Dövlət Arxivinin Şirvan filialında isə Sabirabad, Saatlı, İmişli, Hacıqabul rayon dövlət arxivlərinin müdirlərinin iştirakı ilə keçirilmiş müşavirədə müvafiq olaraq filial direktorları Eleonora Süleymanova və Nəsibə Məmmədova tərəfindən gündəlikdə duran məsələlər, həmçinin “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 292-VIIQ nömrəli Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli Fərmanının icrası ilə bağlı Milli Arxiv İdarəsinin təlimatları iştirakçıların diqqətinə çatdırılıb, cari məsələlər müzakirə edilib.
.jpeg)
.jpeg)


| Bugün: | 1272 |
| Dünən: | 1558 |
| Bu həftə: | 7612 |
| Son həftə: | 13718 |
| Bu Ay: | 22813 |
| Son Ay: | 50507 |
| Bu İl: | 73320 |
| Ümumi: | 1767245 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az