Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin və İdarənin tabeliyində olan dövlət arxiv xidməti təşkilatlarının əməkdaşları Zəfər Parkında əziz Şəhidlərimizin xatirəsini yad etmişdirlər

Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov, İdarənin və dövlət arxiv xidməti təşkilatlarının rəhbərləri və əməkdaşları Zəfər parkını ziyarət etmiş, xatirə daşının önünə gül dəstələri düzərək Şəhidlərin əziz xatirəsini ehtiramla yad etmişdirlər.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı gün - 27 Sentyabr Anım Günü kimi qeyd edilir. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.

 

 

 

 

 

 

 

 

 

 

 


Bugün: 636
Dünən: 867
Bu həftə: 2420
Son həftə: 5734
Bu Ay: 6459
Son Ay: 23672
Bu İl: 95432
Ümumi: 1115853
1115853