Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsi rəisinin müavini H.Həsənovun Azərbaycan İnformasiya Agentliynə müsahibəsi "Ziyalı" jurnalında dərc edilmişdir.

           Tarix  ibrət götürülmək üçün öyrənilən elm, arxiv isə tarixin güzgüsüdür. Arxiv materialları əsasında biz tarixi öyrənirik və onun amansızlıqlarından dərs alırıq. Arxiv sənədləri təsdiq edir ki, Azərbaycanın coğrafi mövqeyi onun strateji region kimi daimi yadelli dövlətlərin diqqət mərkəzində olmasına səbəb olmuş və bu gün də dünyanın iri güc mərkəzlərinin geosiyasi maraqlarının kəsişdiyi məkan olaraq qalmaqdadır. Artıq 200 ildən çox bir müddətdir ki, dünyanın iri güc mərkəzləri bölgədə öz geosiyasi maraqlarını təmin etmək üçün erməni faktorundan məharətlə istifadə edir, açıq və gizli şəkildə onun hərbi-siyasi müttəfiqinə, himayədarına çevrilirlər.

          Tarix onu da təsdiq edir ki, hər bir xalq dövlət qurmaq, milli varlığını qoruyub saxlamaq üçün çətinliklərdən keçir, qurbanlar verir, acı məhrumiyyətlər yaşayır. Azərbaycan xalqı da zaman-zaman belə tarixi anlarla üzləşmiş, dövlətçiliyinə qarşı erməni xəyanətinin çoxsaylı nümunələrinin şahidi olmuşdur.

          Məlumdur ki, XIX əsrin əvvəllərində çar Rusiyası Qafqazı, o cümlədən  Azərbaycanın torpaqlarını işğal etmişdir. Bu işğal nəticəsində azərbaycanlılara qarşı məqsədəyönlü şəkildə etnik təmizləmə siyasəti həyata keçirilmişdir. Azərbaycan xalqı ötən yüzilliklər ərzində yaşadıqları tarixi torpaqlardan mərhələ-mərhələ həyata keçirilən tədbirlər nəticəsində didərgin salınmış, yaşayış məskənləri dağıdılmış, yer-yurd adları dəyişdirilmişdir. Tarixi mənbələr, arxiv sənədləri, həmçinin rus və qərb  müəlliflərinin yazdıqları əsərlər təsdiq edir ki, Rusiya tərəfindən Zaqafqaziya torpaqları işğal edilərkən bu ərazilərdə yaşayan əhalinin çox cüzi hissəsini ermənilər təşkil etmişdir.

 

         Müsahibənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz

 

 


Bugün: 344
Dünən: 676
Bu həftə: 2392
Son həftə: 4358
Bu Ay: 18522
Son Ay: 22161
Bu İl: 63069
Ümumi: 1083490
1083490