Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsi tərəfindən "Azərbaycan Xalq Cümhuriyyəti -Təhsil Siyasəti" sənədlər toplusunun və "Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları" adlı məqalələr toplusunun təqdimatı olmuşdur.

   Təqdimat mərasimində Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov bildirdi ki,  nəşr edilən “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Təhsil siyasəti” adlı sənədlər toplusu və “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” adlı portret-oçerklər və məqalələr toplusu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli 2867 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə dair Tədbirlər planı”na uyğun olaraq hazırlanmışdır.

    “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Təhsil siyasəti” adlı sənədlər toplusu Azərbaycan  Xalq Cümhuriyyətinin təhsil və maarif sahəsində fəaliyyətini əks etdirən arxiv sənədləri əsasında hazırlanmış və xronoloji olaraq 1918-ci ilin may ayından 1920-ci ilin aprelinə qədər olan dövrü əhatə edir.

   “Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları” adlı kitabda isə Milli Arxiv İdarəsi və Dövlət Arxivləri əməkdaşlarının arxiv sənəd və materialları, elcə də digər tarixi mənbələr əsasında yazdıqları və müxtəlif illərdə mətbuat səhifələrində çap edilmiş 25  portret-oçerk və məqalə toplanmışdır.

   Daha sonra nəşrlər ətrafında İdarənin və Respublika Dövlət Arxivlərinin məsul vəzifəli əməkdaşları tərəfindən fikir mübadiləsi aparılmışdır.

  Toplantıda sözügedən nəşrlərin aidiyyəti üzrə dövlət orqanlarına, ali təhsil müəssisələrinə, kitabxanalara, informasiya agentliklərinə, redaksiyalara və s. paylanıldığı qeyd edilmişdir.   


Bugün: 516
Dünən: 822
Bu həftə: 1338
Son həftə: 5867
Bu Ay: 17036
Son Ay: 20754
Bu İl: 82337
Ümumi: 1102758
1102758