Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsi tərəfindən Dövlət Arxivinin Yevlax və Mingeçevir filiallarında növbəti seminar məşğələ keçirilmişdir.

Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi cari ildə Respublika dövlət arxivlərinin rəhbərlərinin və əməkdaşlarının peşə biliklərinin, ixtisaslarının o cümlədən nəzəri və praktiki bacarıqlarının artırılması məqsədilə yerlərdə seminar-məşğələlərin keçirilməsini davam etdirir. 

Seminarlarda arxiv işinin bütün sahələrini əhatə edən mövzular üzrə – arxivlərdə sənədlərin mühafizəsinin təmin edilməsi, milli arxiv fondunun komplektləşdirilməsi,  sənədlərin dəyərinin ekspertizası, idarə arxivlərinin işinə nəzarət, sənədlərin istifadəsi və milli arxiv fondunun elektron daşıyıcılara köçürülməsi və dövlət arxivlərində elektron xidmətlərin təşkili üzrə çıxışların və  müzakirələrin aparılması nəzərdə tutulmuşdur.  

Seminar 11 oktyabr 2018-ci il tarixində Dövlət Arxivinin Mingəçevir filialında baş tutmuşdur. Seminarda DA Mingəçevir filialının direktoru Leyla İbrahimova və filialın əməkdaşları iştirak etmişdirlər.

Növbəti seminar 12 oktyabr 2018-ci tarixində isə DA Yevlax filialında keçirilmişdir. Seminarda filialın direktoru Sara Bünyatova, filialın əməkdaşları, həmçinin filialın əhatə dairəsinə daxil olan Bərdə, Tərtər və Xocalı rayon dövlət arxivlərinin müdirləri iştirak etmişdirlər.

Seminar məşğələ Milli Arxiv İdarəsinin əməkdaşları -  Natiq Eminov, Həbib Həsənov  və Cəmaləddin Cavadov tərəfindən aparılmışdır.

Seminarlar zamanı cari məslələlər barədə geniş müzakirlər keçirilmiş, İdarənin əməkdaşları tərəfindən müvafiq tövsiyələr, iş prosesində istifadə edilən metodiki vəsaitlər arxivçilərə verilmişdir.  

 

 


Bugün: 362
Dünən: 1032
Bu həftə: 6547
Son həftə: 7846
Bu Ay: 25963
Son Ay: 26944
Bu İl: 100128
Ümumi: 1412712
1412712