Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində "Arxiv sənədlərinin mühafizəsinin təmin edilməsi üzrə tədbirlər" mövzusunda vebinar keçirilmişdir

27 may 2021-ci ildə keçirilmiş vebinarda İdarə rəisinin müavini Həsən Həsənov, şöbə müdiri Cəmilə Abasova, baş məsləhətçi Həbib Həsənov və Dövlət Arxivlərinin müvafiq sahəyə məsul olan əməkdaşları iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Həsən Həsənov açaraq 28 may Respublika günü münasibətilə əməkdaşları təbrik etmiş və sənədlərin mühafizəsi üzrə normativ hüquqi aktların tələbləriini vebinar iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra vebinar şöbə müdiri C. Abasova və baş məsləhətçi H. Həsənovun məruzələri ətrafında davam etdirilmiş, sənədlərin mühafizəsi üzrə görülmüş işlər, mövcud problemlər barədə əməkdaşların iştirakı ilə fikir mübadiləsi aparılmışdır.

 

 


Bugün: 646
Dünən: 675
Bu həftə: 646
Son həftə: 4251
Bu Ay: 1321
Son Ay: 19788
Bu İl: 117972
Ümumi: 544901
544901