Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində “Arxiv sənədlərinin təşkili qaydaları”na həsr olunmuş seminar keçirilmişdir

Milli Arxiv İdarəsinin 2023-cü ilin İş Planına uyğun olaraq keçirilən seminar “Arxiv sənədlərinin təşkili qaydaları”na həsr olunmuşdur.

Seminarda İdarənin rəis müavini Həsən Həsənov, MAF sənədlərinin komplektləşdirilməsi qeydiyyatı və idarə arxivləri ilə iş şöbəsinin müdiri Cəmaləddin Cavadov, Arxiv işinin təşkili, monitorinq və beynəlxalq əlaqələr şöbəsinin baş məsləhətçisi Həbib Həsənov, müvafiq şöbənin əməkdaşları, respublika dövlət arxivlərinin, dövlət arxivinin filialllarının, rayon dövlət arxivlərinin  rəhbərləri, məsul vəzifəli şəxsləri iştirak edirdilər.

Seminarı açıq elan edən Həsən Həsənov mövzunun əhəmiyyəti barədə çıxış edərək yeni normativ aktların tələblərini iştirakçılara çatdırmışdır.

Məruzə ilə çıxış edən Cəmaləddin Cavadov MAF sənədlərinin dövlət arxivlərinə qəbulu, qeydiyyatı və idarə arxivlərində işin təşkili haqqında məlumat vermişdir. Həbib Həsənov MAF sənədlərinin elmi-məlumat aparatının yaradılması zamanı mövcud olan problemləri iştirakçıların diqqətinə çatdırmışdır. Daha sonra çıxış edən Dövlət Arxivinin şöbə müdiri Aygün Bəyli təmsil etdiyi arxiv üzrə sənədlərlə işin təşkilinin vəziyyəti haqqında məlumat vermişdir.

           Daha sonra seminar sual – cavab formatında davam etmişdir. 

 


Bugün: 435
Dünən: 676
Bu həftə: 2483
Son həftə: 4358
Bu Ay: 18613
Son Ay: 22161
Bu İl: 63160
Ümumi: 1083581
1083581