Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində Azərbaycanda arxiv quruculuğunun 100 illiyinə həsr olunmuş müşavirə keçirilmişdir

                02.12.2020-ci il tarixində Milli Arxiv İdarəsində Azərbaycanda arxiv quruculuğunun 100 illiyinə həsr olunmuş müşavirə keçirilmişdir. Müşavirədə  İdarənin rəhbərliyi, idarə aparatının şöbə müdirləri, Respublika Dövlət arxivlərinin rəhbərləri iştirak edirdi.

            Müşavirədə sözügedən tarixin ölkəmiz üçün əlamətdar hadisələrlə eyni zamanda baş verdiyinə diqqət çəkilərək bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz 30 ilə yaxın bir müddətdə işğal altında qalan doğma tormaqlarımızı işğaldan azad etmişdir. Müzəffər Ordumuzun qələbəsinin nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən isə Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olunmuşdur. Qələbənin qazanılmasında misilsiz xidmət göstərərək Şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq, Şəhidlərimizə Ulu Tanrıdan rəhmət, qazilərimizə isə şəfa diləkləri çatdırılmışdır.

            Daha sonra Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 23 iyun tarixli 2116 nömrəli Sərəncamına əsasən təltif olunmuş Milli Arxiv İdarəsinin əməkdaşları  - C.R. Abasovaya və  L.A.Quliyevaya “Dövlət qulluğunda fərqlənməyə görə” medalları və vəsiqələri təqdim olunmuşdur.     

            Idarənin rəisi Ə.Rəsulov  Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli  Sərəncamı ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020–2025-ci illər üçün Dövlət  Proqramı” nın icrası və qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.

            Sonda Azərbaycanda arxiv quruculuğunun 100 illiyinə həsr olunmuş və Milli Arxiv İdarəsi tərəfindən nəşr edilmiş “Azərbaycanda arxiv işi” və “İzahlı arxiv terminləri lüğəti” kitabının təqdimatı olmuşdur. 


Bugün: 571
Dünən: 859
Bu həftə: 3478
Son həftə: 4358
Bu Ay: 19608
Son Ay: 22161
Bu İl: 64155
Ümumi: 1084576
1084576