Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində “Elektron İnformasiya Sistemləri və yeniliklər” mövzusunda təqdimat keçirilib

        25 dekabr 2019-cu il tarixdə baş tutan tədbirdə İdarənin rəhbərliyi, şöbə müdirləri və məsul əməkdaşları, Respublika Dövlət Arxivlərinin rəhbər vəzifəli şəxsləri iştirak edirdi.

       Tədbiri giriş sözü ilə açan İdarənin rəisi Əsgər Rəsulov son dövrlərdə Milli Arxiv fondu sənədlərinin elektron daşıyıcılara köçürülməsi, onların rəqəmsallaşdırılması nəticəsində alınan informasiya bazalarının idarə edilməsi, həmçinin elektron arxiv xidmətləri barəsində ətraflı məlumat verərək, informasiya texnologiyalarının arxiv xidməti sahəsində artan rolunu qeyd etdi.

    Daha sonra çıxış edən İdarənin Sənədlərin istifadəsi və nəşri şöbəsinin müdiri, İnformasiya təminatı və elektron xidmətlər mərkəzinin rəhbəri Natiq Eminov Milli Arxiv İdarəsinin “Elektron Arxiv Sistemi –EAS”, “Elektron Arxiv Məlumat Sistemi-EAMS”, “Elektron Hesabatlar Sistemi-EHS” barədə ətraflı məlumat verib, onlayn qaydada sistemləri əyani olaraq tədbir iştirakçılarına nümayiş etdirdi. Məlumat verildi ki, prioritet kimi ən çox istifadə edilən sənədlərin elektronlaşdırıldığı məlumat bazaları arxivçilərin istifadəsinə hazırdır. Dövlət Tarix Arxivi, Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, həmçinin Dövlət Arxivinin Bakı filialı artıq EAS-dan istifadə etmək imkanına malik olacaqlar. Bu da öz növbəsində hüquqi və fiziki şəxslərə arxiv xidmətinin göstərilməsində zaman itkisinin minimuma endirilməsi, keyfiyyətli və şəffaf xidməti təmin edəcəkdir. EAS əsasında istifadəyə hazırlanan “Elektron Oxu Zalı” yaxın günlərdə tədqiqatçıların və elmi-tədiqat məqsədilə arxiv sənədləri istifadəçilərin ixtiyarına veriləcəkdir.  

       Tədbirdə sözügedən digər elektron informasiya sistemləri üzərində aparılan təkmilləşdirmə işləri barədə, yeni əlavə edilmiş arxiv axtarış informasiyaları haqqında məlumat verildi. Bildirildi ki, açıq şəkildə İdarənin rəsmi saytında istifadəyə verilən EAMS əsasında xidmət göstərən “Milli Arxiv fondunun tərkibi və məzmunu barədə məlumatların verilməsi” xidmətinə mütəmadi şəkildə yeni sənədlərin – fond siyahılarının  yüklənilməsi davam etdirilir.

             


Bugün: 800
Dünən: 988
Bu həftə: 4381
Son həftə: 5867
Bu Ay: 20079
Son Ay: 20754
Bu İl: 85380
Ümumi: 1105801
1105801