Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində Müstəqilliyin Bərpası Gününə və dövlət arxiv xidməti təşkilatlarının ümumi fəaliyyətinin 9 aylıq nəticələrinə həsr edilmiş müşavirə keçirilmişdir

       18 oktyabr 2021-ci il tarixində  ənənəvi və videokonfrans formatında keçirilən müşavirədə İdarənin rəhbərliyi, şöbə müdirləri və əməkdaşları, Naxçıvan MR Dövlət Arxiv İdarəsinin, Respublika Dövlət Arxivlərinin, Dövlət Arxivi filiallarının və rayon (şəhər) dövlət arxivlərinin rəhbər şəxsləri iştirak edirdi.

         Vətənimizin bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsini bir dəqiqə sükutla yad edən müşavirə iştirakçıları “Müstəqillik yollarında otuz il: 30 il 30 fotoda” adlı videoçarxla tanış oldular.

       Müşavirəni açıq elan edən İdarənin rəisi Əsgər Rəsulov Xalqımızın bir əsrdə iki dəfə müstəqilliyini əldə etməsini, özünün suveren, demokratik dövlətini yaratmasını qeyd etmişdir. Bildirilmişdir ki, 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay sonra süqut etsə də, 70 il sonra Sovet imperiyasının dağılması ilə Azərbaycan dövləti öz milli müstəqilliyini bərpa etmiş, Azərbaycan Xalq Cümhüriyyətinin hüquqi varisi olduğunu bəyan etmişdir.   

            İdarə rəisinin müavini Həsən Həsənov dövlət arxiv xidməti təşkilatlarının cari ilin 9 ayı ərzində fəaliyyətlərinə həsr edilmiş hesabatla müşavirə iştirakçılarını tanış etmiş, “Azərbaycanda arxiv işinin inkişafına dair 2020-2025-ci illər üzrə Dövlət Proqramı”na dair tədbirlər planının icrası ilə bağlı məlumat vermişdir.

            Məruzə ətrafında Naxçıvan MR Dövlət Arxiv İdarəsinin, Dövlət Səs Yazıları Arxivinin, Dövlət Arxivinin Gəncə filialının, Masallı rayon Dövlət Arxivinin, İsmayıllı rayon Dövlət Arxivinin rəhbərləri çıxış etmişlər.

             Müşavirə açıq diskussiya şəklində davam etmişdir. 

 


Bugün: 558
Dünən: 676
Bu həftə: 2606
Son həftə: 4358
Bu Ay: 18736
Son Ay: 22161
Bu İl: 63283
Ümumi: 1083704
1083704