Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində Sürəyya Ağaoğlunun müəllifi olduğu “Bir ömür belə keçdi” kitabının Azərbaycan dilində nəşrinin təqdimat mərasimi keçirilmişdir.

 

Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən sənədlər əsasında həmin arxivin şöbə müdiri Cavid Məmmədli tərəfindən Azərbaycan dilinə tərcümə edilərək nəşr edilmiş  Sürəyya Ağaoğlunun müəllifi olduğu “Bir ömür belə keçdi” kitabının təqdimatı olmuşdur.Təqdimatda Milli Arxiv İdarəsinin rəis müavini Əsgər Rəsulov, İdarə və Respublika Dövlət Arxivlərinin əməkdaşları iştirak edirdilər.

Təqdim edilən kitab Azərbaycanda milli düşüncənin banilərindən olan Əhməd bəy Ağaoğlunun qızı, Türkiyənin ilk qadın hüquq müdafiəçisi olan Sürəyya Ağaoğlunun özü və ailəsi haqqında xatirələrindən ibarətdir.  

Təqdimat mərasimində iştirak edənlər kitab haqqında öz mülahizələrini bildirmiş və arxiv sənədlərinin geniş ictimaiyyətə çatdırılması üçün belə nəşrlərin davamlı olmasını qeyd etmişdirlər.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Bugün: 164
Dünən: 1177
Bu həftə: 5317
Son həftə: 7846
Bu Ay: 24733
Son Ay: 26944
Bu İl: 98898
Ümumi: 1411482
1411482