Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsində Xocalı Soyqırımı qurbanlarının xatirəsi anılıb

Xocalı Soyqırımına həsr olunan anım tədbirində Milli Arxiv İdarəsinin rəhbərliyi, İdarə aparatının şöbə müdirləri, Respublika dövlət arxivlərinin, Dövlət Arxivinin filiallarının rəhbərləri iştirak edirdi.

Tədbiri çıxış sözü ilə açan İdarənin rəisi Əsgər Rəsulov  Xocalı soyqırımı, həmin dövrün tarixi, ictimai-siyasi vəziyyəti barədə məlumat verərək qeyd etdi ki, 28 il əvvəl erməni silahlıları bir gecədə Xocalı şəhərini yer üzündən sildilər. Bu faciə zamanı Xocalı sakinləri, o cümlədən qocalar, qadınlar, uşaqlar qətlə yetirildi, onların cəsədləri təhqir olundu.

Bildirdi ki, 1994-cü ilin fevralında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib, fevralın 26-sı isə Xocalı Soyqırımı Günü elan olunub.

Hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də başladılan “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının uğurla davam etdirilməsini qeyd edən natiq, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işləri diqqətə çatdırıb.

Bildirildi ki, Xocalı soyqırımı indiyədək dünyanın 10-dan çox ölkəsi, Amerika Birləşmiş Ştatlarının 20-ə yaxın ştatı tərəfindən tanınıb və pislənib. Bundan başqa, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə əlaqədar 13 sənəd qəbul edib. 57 dövləti birləşdirən İslam Əməkdaşlıq Təşkilatı 2012-ci il yanvarın 30-da Xocalı soyqırımını rəsmi şəkildə tanıyıb və faciənin XX əsrin dəhşətli cinayətləri olan Xatın, Xirosima, Naqasaki, Sonqmi və Holokost soyqırımları ilə bir sırada dayandığını bəyan edib.

Daha sonra İdarənin İnformasiya təminatı və elektron xidmətlər Mərkəzi tərəfindən Dövlət Kino-Foto Sənədləri Arxivinin materialları əsasında hazırlanan “Xocalı... unutmadıq...” adlı video çarx barəsində məlumat verildi.

 

“Xocalı... Unutmadıq...” video çarxını aşağıdakı linklərdən izləyə bilərsiniz:

Milli Arxiv İdarəsinin YouTube kanalında: https://www.youtube.com/watch?v=DEhVLwvzDUI

Milli Arxiv İdarəsinin Facebook səhifəsində: https://www.facebook.com/milliarxiv/videos/1511743285658303/

 


Bugün: 380
Dünən: 988
Bu həftə: 3961
Son həftə: 5867
Bu Ay: 19659
Son Ay: 20754
Bu İl: 84960
Ümumi: 1105381
1105381