Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin baş məsləhətçisi Rafiq Səfərovun “Adı Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan şəxs” adlı məqaləsi mətbuatda dərc olunmuşdur.

    “Kaspi “ qəzetinin  5 sentyabr  2019-cu il tarixli  161 (3759) saylı  buraxılışında  “kaspi.az”  saytında   Azərbaycan  Respublikası Milli Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin  baş  məsləhətçisi Rafiq Səfərovun Adı  Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılan şəxs adlı  məqaləsi  dərc  edilmişdir. Məqalədə  Azərbaycanın əzəli tarixi torpağı  olan  Qarabağda  Ermənistanın  daşnak  hökumətinin Andronik, Njde, Dronun quldur dəstələri vasitəsilə  dövlət səviyyəsində azərbaycanlılara qarşı  soyqırımı siyasətininin həyata keçirməsi  cəhdlərinin   qarşısının  alınmasında, eləcə də Qarabağın dağlıq hissəsində, Zəngəzurda və ermənilərin planlarına daxil olan digər yerlərdə  Azərbaycan Respublikasının suveren hüquqlarının bərpa edilməsi     sülhün bərqərar olunmasında  Qarabağ  general-qubernatoru  Xosrov  bəy  Sultanov və  onun qardaşı Sultan bəyin böyük xidmətləri  olduğu  qeyd  edilir.  Xosrov və Sultan bəy Sultanov qardaşlarının və digər dəyərli vətən övladlarının  simasında tarix bir daha sübut  edir  ki,  Vətənin və  xalqın çətin  günündə ona sahib çıxa bilən oğulları meydanda olmuşdur, var və  olacaqdır! 

Məqalənin  tam  mətni  ilə  BURADAN və ya KASPİ qəzetindən tanış  ola  bilərsiniz.

 


Bugün: 154
Dünən: 658
Bu həftə: 812
Son həftə: 4913
Bu Ay: 12584
Son Ay: 22161
Bu İl: 57131
Ümumi: 1077552
1077552