Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin əməkdaşı Rafiq Səfərovun “Pedaqoq, maarifçi, müsuqişünas...” adlı məqaləsi mətbuatda dərc edilmişdir.

7 mart 2020-ci il tarixli, 52(8368) saylı  “Azərbaycan” qəzetində Milli Arxiv İdarəsinin  Baş məsləhətçisi  Rafiq Səfərovun  “Pedaqoq, maarifçi, müsuqişünas. Dahi bəstəkarın  həyat  yoldaşı Məleykə xanım Hacıbəyovanın bioqrafiyasından bəzi qeydlər” adlı məqaləsi dərc  edilmişdir. Məqalədə Milli musiqimizin  banisi, dahi bəstəkar Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə xanım Hacıbəyovanın həyat və fəaliyyəti haqqında  bəhs  edilir.  İnsanların Məleykə xanım Hacıbəyova haqqında olduqca məhdud  məlumata malik olduğunu  nəzərə  alaraq, bu məqalə xüsusi əhəmiyyət kəsb edir və Məleykə xanım Hacıbəyova haqqında məlumatların cəmiyyətimizdə  daha  geniş yayılmasına xidmət edir.

        Məqalə yazlılarkən Məleykə xanım Hacıbəyova haqqında məlumatlar Azərbaycan Respublikasının Dövlət Arxivlərində  saxlanılan müxtəlif arxiv  fondlarındakı sənədlərdən  əldə  edilmişdir.

            Məqalənin tam mətni ilə BURADAN tanış ola bilərsiniz.

 


Bugün: 105
Dünən: 859
Bu həftə: 3012
Son həftə: 4358
Bu Ay: 19142
Son Ay: 22161
Bu İl: 63689
Ümumi: 1084110
1084110