Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov: Karantin qaydalarına ciddi riayət etməsək, kütləvi yoluxma və ölüm halları ilə qarşılaşa bilərik

     Koronavirus pandemiyasının ölkəmizdə yenidən yayılmasına yol verməmək üçün dövlətimiz tərəfindən qoyulan bütün tələblərə tam ciddi əməl olunmalıdır. Həmçinin şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, vətəndaşlarımızın ünsiyyəti zamanı məsafə saxlanılması kimi qaydalara əməl edilməsi olduqca vacibdir. Dövlətimiz bu günədək üzərinə düşəni edib və bundan sonra da edəcək. Ancaq insanlarımız çalışmalıdır ki, pandemiyanın ikinci dalğasının başlanmasının qarşısını almaqla dövlətimizin atdığı önləyici addımlara dəstək nümayiş etdirsin. Biz buna, əlbəttə, yalnız karantin qaydalarına maksimum şəkildə riayət etməklə nail ola bilərik.

     Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov deyib.

    İndiki şəraitdə dünyada hökm sürən vəziyyət və ölkəmizdə hər gün yoluxma hallarının olduğuna diqqət çəkən Əsgər Rəsulov, bildirib ki, ölkəmizdə də hadisələrə sağlam düşüncə ilə yanaşmaq zəruridir.

   “Bəzi insanlar bu xəstəliyə dırnaqarası yanaşır, məsuliyyət dərk etmir, təbii ki, bu da yolverilməzdir. Bir məsələni demək olduqca vacibdir. Hamıya məlumdur ki, pandemiyanın birinci dalğasını az itki ilə başa vurduq, buna dövlətimizin başçısının qətiyyətli qərarları və iradəsi nəticəsində nail olduq. Ümumdünya Səhiyyə Təşkilatı da pandemiya ilə mübarizə istiqamətində Azərbaycan hökumətinin nümunəvi addımlarını təqdir etdi. Ona görə də karantin qaydalarına ciddi riayət etməsək, kütləvi yoluxma və ölüm halları ilə qarşılaşa bilərik. Bu dövlət və xalq bizim olduğu kimi, onun sevinci də, kədəri də bizimdir. Gərək insanlarımız karantin tədbirlərinin yumşaldılmasından sui-istifadə etməsin, əks halda virusun yeni dalğası ilə üz-üzə qala bilərik. Bu gün dünya ciddi sınaq qarşısındadır, o cümlədən bizim ölkə... Ona görə də deyilənlərə əməl edib, bu virusa qalib gəlib, normal həyatımıza dönməliyik. Özümüzü qoruyaq ki, ölkəmizi də qoruya bilək. Çünki biz birlikdə güclüyük”, - deyə Milli Arxiv İdarəsinin rəhbəri söyləyib.

      Əsgər Rəsulov əlavə edib ki, koronavirusun bir neçə fazada özünü büruzə verən pandemiya olduğunu nəzərə alaraq, heç bir halda karantin rejiminin yumşaldılmasını rahatlıq və virusdan tam azad olmaq kimi düşünməməliyik.

 

 https://azertag.az/xeber/Asger_Resulov_Karantin_qaydalarina_ciddi_riayet_etmesek_kutlevi_yoluxma_ve_olum_hallari_ile_qarsilasa_bilerik-1476623?fbclid=IwAR0UJTlgMsGIxshb_UNPG5Bo6GtbFVhfzUWqyqGMIcvdpwZGzquch4NkjBE

 

 

 


Bugün: 969
Dünən: 835
Bu həftə: 4246
Son həftə: 4759
Bu Ay: 14077
Son Ay: 20754
Bu İl: 79378
Ümumi: 1099799
1099799