Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Naxçıvan MR Dövlət Arxivinin aparıcı arxeoqrafı Aygün Həmzəyevanın “Şahtaxtinskilərin diplomat oğlu” adlı məqaləsi mətbuatda dərc edilib

Naxçıvan MR Dövlət Arxivinin aparıcı arxeoqrafı Aygün Həmzəyevanın arxiv sənəd və materialları əsasında hazırladığı “Şahtaxtinskilərin diplomat oğlu” adlı məqaləsi “Xalq qəzeti”nin 27 noyabr 2024-cü il tarixli, 261 (30665) nömrəli sayında dərc edilib.

Adıçəkilən məqalədə müəllif qeyd edib ki, qədim Şahtaxtı kəndi məşhur Şahtaxtinskilərin ata mülkü olub. Bu kəndi miras kimi nəsildən-nəslə ötürülüb. Onlar hər zaman öz atababa yurdları ilə öyünüblər. Bu fakt da fikrimizi təsdiqləyir ki, bir dəfə Şahtaxtinskilərin ağsaqqalı Hacı Vəli ağa İrəvan qubernatoruna qürurla deyib: “Bizim təzə familiya qəbul etməyə ehtiyacımız yoxdur. Biz 500 ildən artıqdır ki, Şahtaxtılı familiyasını daşıyırıq”. Şahtaxtinskilər Rusiya imperiyasının, Avropanın harasında yaşasalar da, öz doğma yurdlarını heç vaxt unutmayıblar, Şahtaxtı kəndi ilə daim əlaqələri olub. Təəssüf ki, onların nəsil şəcərələri az öyrənilib. Sənədlərdə bu nəslin adı Ağacıq kimi də qeyd olunub. Məsələn, I İsa Sultan Ağacıq, Əli bəy Ağacıq və s. Son illərə qədər Şahtaxtı kəndində onların malikanələri yerləşən əraziyə də “Ağalıq” deyirdilər. Elə indi də yaşlılar oranı bu cür adlandırırlar. Ehtimal var ki, bu söz “Ağacığ”ın təhrif olunmuş variantıdır. Çünki 1840–1859- cu illərdə İrəvan bəy komissiyasında onlar ulu babalarının adının Ağacır ağa kimi qeyd ediblər. 

Məqalə ilə daha ətraflı BURADAN tanış ola bilərsiniz.

 


Bugün: 940
Dünən: 1505
Bu həftə: 12341
Son həftə: 13420
Bu Ay: 35846
Son Ay: 55392
Bu İl: 187885
Ümumi: 1881810
1881810