Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Naxçıvan MR Dövlət Arxiv İdarəsi tərəfindən 133 saxlama vahidi kinosənəd və 654 saxlama vahidi fotosənəd Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib

            Təhvil verilən kino və foto sənədlər unikal xarakter daşımaqla  müstəqillik dövründə  Naxçıvan MR  və onun rayonlarına aid olan  ayrı – ayrı sahələrin fəaliyyətini əks etdirir. 

            Sözügedən sənədlər Naxçıvan MR Ali Məclisinin, digər icra orqanların fəaliyyətini, Naxçıvanda tarixi abidələrin əsaslı şəkildə yenidən qurulmasını və təmirini,  dövlət proqramlarına uyğun olaraq müasir infrastruktur layihələrin gerçəkləşdirilməsini, sahibkarlıq və biznes nümayəndələri üçün dövlətin yaratdığı şəraiti, şəhərsalma və yol tikintilərini, səhiyyə, təhsil, mədəniyyət, kənd təsərrüfatı, su və meliorasiya, hərbi quruculuq, idman həyatını, zavod və fabriklərin istehsal mühitini, dövlət xidmətlərinin təşkilini, məktəblərin tikintisini, hava limanının yenidən qurulmasını, turizm və sərgiləri, Naxçıvana aid olan  etnoqrafik mədəniyyət nümunələrini, beynəlxalq səviyyədə keçirilən tədbirləri və s. sahələri əhatə edir.  


Bugün: 548
Dünən: 988
Bu həftə: 4129
Son həftə: 5867
Bu Ay: 19827
Son Ay: 20754
Bu İl: 85128
Ümumi: 1105549
1105549