03 İyul 2024 12:11 XƏBƏRLƏR Baxış sayı : 389
Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi və Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi arasında bağlanmış 3 aprel 2017-ci il tarixli “Arxiv işi sahəsində əməkdaşlıq haqqında Saziş"ə əsasən 3 iyul 2024-cü il tarixində Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyi tabeliyində olan Arxivlər, Sənədləşmə və Kitab işi Komitəsi Respublika dövlət müəssisəsinin Mərkəzi Dövlət Elm və Texnika Sənədləri Arxivinin nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində olmuşdur.
Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovla keçirilən görüş zamanı Azərbaycan Respublikasının Dövlət Arxivləri ilə Qazaxıstan Respublikasının Dövlət Arxivləri arasında əməkdaşlıq perspektivləri və təcrübə mübadiləsi məsələləri müzakirə olunmuşdur.
Daha sonra qonaqlar Azərbaycan Respublikasının Elm və Texnika Sənədləri Arxivində sənədlərin mühafizə şəraiti ilə, həmçinin Qazaxıstan Respublikasının tarixi, siyasi-iqtisadi və mədəni həyatına aid olan sənədlərlə tanış olmuşlar.
Bugün: | 456 |
Dünən: | 947 |
Bu həftə: | 3458 |
Son həftə: | 7045 |
Bu Ay: | 2533 |
Son Ay: | 25580 |
Bu İl: | 215351 |
Ümumi: | 1235772 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az