Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Qubadlı Rayon İcra Hakimiyyəti tərəfindən 75 saxlama vahidi foto sənəd və 12 saxlama vahidi kino sənəd daimi mühafizə üçün Dövlət Kino – Foto Sənədləri Arxivinə təhvil verilib.

  Qubadlı  rayonu  15  avqust  1993 – cü  ildə  erməni  silahlı  birləşmələri tərəfindən  tamamilə  işğal  olunub. İşğala  qədər  Qubadlıda  sayı  600- dən yuxarı  olan  müəssisə  və  təşkilat  fəaliyyət  göstərib. İşğaldan sonra  rayonun  əhalisi  ölkəmizin  müxtəlif  regionlarında  məskunlaşıb.  Bu  gün  rayonun  təhsil,  səhiyyə,  mədəniyyət  müəssisələri, o  cümlədən  vacib  dövlət  orqanları  öz fəaliyyətlərini  davam etdirir.

Qubadlı  Rayon  İcra  Hakimiyyəti  tərəfindən   Dövlət  Kino – Foto  Sənədləri  Arxivinə   daimi  saxlanmaq  üçün  təhvil  verilmiş – 75  saxlama vahidi  foto  sənəd,  12  saxlama  vahidi  kino(video)  sənəd  rayonun  işğaldan  sonrakı  həyatını,  rayon  əhalisinin  sosial   vəziyyətini,  güzəranını  əks  etdirir.

Hal – hazırda  Arxivdə  qəbul  olunmuş  foto – kino  sənədlərin  hər  biri  haqqında  ayrıca  məlumat  hazırlanır  və  sənədlərin  AR  Milli  Arxiv  Fonduna  qəbulu  rəsmiləşdirilir.

 

 


Bugün: 203
Dünən: 1177
Bu həftə: 5356
Son həftə: 7846
Bu Ay: 24772
Son Ay: 26944
Bu İl: 98937
Ümumi: 1411521
1411521