Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Rafiq Səfərovun “Cümhuriyyətə işıq saçan qadınlar” adlı araşdırma-yazı müsabiqəsinə təqdim etdiyi yazı münsiflər tərəfindən qaliblər sirasında 3-cü yerə layiq görülmüşdür.

 2018-ci il mayın 7-də Beynəlxalq  Muğam Mərkəzində Ailə, Qadın  və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, YAP Qadınlar Şurası və Milli İrsi Mədəni Tarixi  Araşdırmalar  Fondunun təsis etdiyi “İşıq-qadın” jurnalının  Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə “Cümhuriyyətə işıq saçan qadınlar” adlı 2017-ci ilin noyabrında elan etdiyi araşdırma-yazı müsabiqəsinin yekununa həsr edilmiiş tədbir keçirilmişdir. Müsabiqəyə 98 araşdırma yazı daxil olmuşdur. Həmin 98 yazı içərisində Milli  Arxiv İdarəsinin Sənədlərin nəşri və istifadəsi şöbəsinin Baş məsləhətçisi  Rafiq Səfərovun  müsabiqəyə təqdim etdiyi “Rəhilə  xanım  Hacıbababəyovanın pedaqoji fəaliyyəti” adlı araşdırma yazısı tanınmış pedaqoq, alim və mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək qaliblər sırasında 3-cü yerə layiq görülmüşdür. 

Müsabiqəyə təqdim olunmuş yazılardan  50 balı keçmiş 67 yazı  toplu şəklində nəşr edilmişdir. Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun icraçı direktoru Pərviz Əmirov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin kafedra müdiri Cahangir Məmmədli, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Elçin Əhmədov çıxış edərək müsabiqənin əhəmiyyətini vurğulamış və müsabiqənin yazılarının toplandığı nəşri mədəni-maarif xəzinəsi, tarixi mənbə adlandırmışdılar.

 


Bugün: 270
Dünən: 871
Bu həftə: 2712
Son həftə: 4759
Bu Ay: 12543
Son Ay: 20754
Bu İl: 77844
Ümumi: 1098265
1098265