10 İyun 2025 11:55 XƏBƏRLƏR Baxış sayı : 74
02-07 iyun 2025-ci il tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məşvərət Şurasının XXI iclası keçirilib. İclasda Azərbaycan Respublikası, Rusiya Federasiyası, Belarus Respublikası, Özbəkistan Respublikası, Qırğızıstan Respublikası, Qazaxıstan Respublikası, Tacikistan Respublikası dövlət arxiv xidməti rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak edib.
MDB-yə üzv ölkələrin dövlət arxiv xidməti rəhbərlərinin Məşvərət Şurasının XXI iclasında Azərbaycan Respublikası Milli Arxiv İdarəsini İdarənin rəis müavini Həsən Həsənov və Beynəlxalq əlaqələr sektorunun müdiri Günel Ağayarova təmsil edib.
Sözügedən tədbirdə gündəliyə uyğun olaraq, Məşvərət Şurasının XX İclasının qərarının icra vəziyyəti ilə bağlı məlumat, o cümlədən “2020-2024-cü illərdə MDB üzvü ölkələrdə arxiv işinin vəziyyətinə dair analitik məlumat” iştirakçıların diqqətinə çatdırılıb.
Tədbir çərçivəsində Müstəqil Dövlətlər Birliyinə üzv Dövlətlərin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun dəstəyi ilə “Real Virtual: rəqəmsal dövrdə sənəd irsi” adlı Beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransda həmçinin Azərbaycan Respublikası Dövlət Kino-Foto Sənədləri Arxivinin direktor müavini Şamxal Əlizadə iştirak və çıxış edib.
Tədbirdə rəqəmsal dövrün sənəd irsinin qorunub saxlanması problemləri, arxivlərin, muzeylərin və kitabxanaların elektron sənədlər və sənədləşdirilmiş məlumatlarla təchiz edilməsi məsələləri, sənəd irsindən istifadənin yeni formaları (sərgilər, elektron nəşrlər, virtual kolleksiyalar), eləcə də rəqəmsal dövrdən əvvəlki sənəd irsinin qorunması və ona istifadəçilərin çıxışını genişləndirmək üçün müasir texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi müzakirə olunub.
Proqramın praktiki istiqamətini sənədlərin bərpası, rəqəmsallaşdırılması və sərgilənməsi, arxiv, kitabxana və muzeylərin fəaliyyətində süni intellektin tətbiqi üzrə aparıcı mütəxəssislərin ustad dərsləri təşkil edilib, o cümlədən iştirakçılara yeni metodlar, materiallar və avadanlıqlar nümayiş etdirilib.
Bugün: | 755 |
Dünən: | 949 |
Bu həftə: | 3575 |
Son həftə: | 6433 |
Bu Ay: | 10890 |
Son Ay: | 30801 |
Bu İl: | 146085 |
Ümumi: | 1458669 |
AZ1106, Bakı şəhəri, Ziya Bünyadov pr., 3
Tel: (+99412) 562 97 75 Faks: (+99412) 562 97 56 E-mail: info@milliarxiv.gov.az