Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının direktor müavininin rəhbərlik etdiyi nümayəndə heyəti Milli Arxiv İdarəsində olub

Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının direktor müavini İlya Jeninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Əsgər Rəsulov Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında siyasi, iqtisadi, sosial və mədəni əlaqələrin dinamik inkişaf etdiyini bildirərək, arxiv işi sahəsində mövcud ikitərəfli əlaqələrin və əməkdaşlığın da müvafiq surətdə genişləndiyini bildirdi.

İlya Jenin də öz növbəsində səmimi qəbula görə Əsgər Rəsulova nümayəndə heyəti adından minnətdarlığını bildirərək iki ölkə arasında elm və təhsil sahəsində əlaqələrin durmadan inkişaf etdiyini vurğuladı. Təmsil etdiyi ali təhsil müəssisəsi adından bu cür əlaqələrin arxiv işi sahəsini də əhatə etməsini yüksək qiymətləndirdi.

Daha sonra nümayəndə heyəti İdarənin tabeliyində fəaliyyət göstərən Dövlət Arxivində, Dövlət Tarix Arxivində, Dövlət Kino-Foto Sənədləri Arxivində sənədlərin saxlanılması şəraiti, mühafizəxanaların iş rejimi ilə tanış oldular, həmçinin Rusiya İmperiyasının XIX əsrin sonu XX əsrin əvvəllərinə aid, o cümlədən sovet dövrünə dair bir sıra sənədlərə baxış keçirdilər.  

 


Bugün: 792
Dünən: 858
Bu həftə: 4068
Son həftə: 5729
Bu Ay: 4770
Son Ay: 25108
Bu İl: 270919
Ümumi: 1291340
1291340