Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Şirvan şəhərini ziyarət edən Kərkük Kültür Dərnəyi Başkanı Kərküklü yazıçı, şair, jurnalist Şəmsəddin Kuzəçi Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialında olub.

26 oktyabr 2023-cü il tarixində  Şirvan şəhərini ziyarət edən Kərkük Kültür Dərnəyi (Ankara) Başkanı  Kərküklü yazıçı, şair, jurnalist Şəmsəddin Kuzəçi    Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Azərbaycan Mətbuat Şurası İdarə heyətinin üzvü Azər Həsrət Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialında olub.

Qonaqlar 18 Oktyabr – 09 Noyabr tarixlərində ARDA Şirvan filialında təşkil edilmiş “Müstəqil Ölkəmin qəhrəman oğulları” adlı sərgi ilə tanış olublar.

ARDA Şirvan filialının kollektivi masa ətrafında tədqiqatçının Kərkük  və Azərbaycan mədəniyyətinə, ədəbiyyatına aid   kitablarını birgə müzakirə edib. Kərkük ədəbiyyatı mövzusunda 70-dən artıq kitabın müəllifi olan Şəmsəddin Kuzəçi Arxivə hədiyyə etdiyi kitabları barədə kollektivə geniş məlumat verib. İraq-Azərbaycan Kərkük-Azərbaycan elmi-ədəbi əlaqələrinin inkişaf etdirilməsində böyük xidmətlər göstərən tədqiqatçı Azərbaycana səfərləri barədə kitab üzərində çalışdığını və 24-cü səfərinin Şirvan şəhərinə olduğunu bildirib. 

Sonda xatirə şəkilləri çəkilib.


Bugün: 572
Dünən: 1678
Bu həftə: 2250
Son həftə: 14312
Bu Ay: 40067
Son Ay: 55392
Bu İl: 192106
Ümumi: 1886031
1886031