Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

SPECA üzv ölkələrinin iqtisadiyyatının inkişafını əks etdirən sərgidə Milli Arxiv İdarəsinin və dövlət arxivlərinin bir qurup əməkdaşları iştirak edib.

Cari ilin 21-25 noyabr tarixlərində Bakı Ekspo Mərkəzində   SPECA həftəsi çərçivəsində SPECA üzv ölkələrinin iqtisadiyyatının inkişafını əks etdirən  sərgi təşkil edilmişdir.  İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə təşkil edilən sərgidə  Milli Arxiv İdarəsinin və dövlət arxivlərinin bir qurup əməkdaşları iştirak etmişlər.

Sərginin iştirakçıları  SPECA   üzv ölkələrin iqtisadi inkişaf, sənaye, kənd təsərrüfatı, rəqəmsal inkişaf və innovasiyalar,  nəqliyyat infrastrukturu, energetika, müdafiə sənayesi, turizm sahələrinə, o cümlədən Azərbaycan stendində Heydər Əliyev 100 il, işğaldan azad olunan ərazilərin bərpası və digər sahələri əhatə edən  maraqlı stendlərlə tanış olmuş və onları düşündürən sullara dair ətraflı məlumatlar almışlar.

Sonda iştirakçılar sərginin təşkilatçılarına öz təşəkkürünü bildirmişlər.


 

 


Bugün: 129
Dünən: 744
Bu həftə: 129
Son həftə: 6279
Bu Ay: 22106
Son Ay: 20754
Bu İl: 87407
Ümumi: 1107828
1107828