Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Tacikistan Respublikasının Düşənbə şəhərində MDB ölkələrinin dövlət arxiv xidməti rəhbərlərinin Məşvərət Şurasının XX iclası keçirilib

7 avqust 2024-cü il tarixində  Tacikistan Respublikasının Düşənbə şəhərində MDB ölkələrinin dövlət arxiv xidməti rəhbərlərinin Məşvərət Şurasının XX iclası keçirilib. İclasda Azərbaycan Respublikası, Rusiya Federasiyası, Belarus Respublikası, Özbəkistan Respublikası, Qırğızıstan Respublikası, Qazaxıstan Respublikası, Tacikistan Respublikası dövlət arxiv xidməti rəhbərləri və səlahiyyətli nümayəndələri, o cümlədən MDB İcraiyyə Komitəsinin həlledici səs hüququna malik nümayəndəsi, müşahidəçi qismində isə Türkmənistan Respublikasının nümayəndələri iştirak edirdi.  

MDB ölkələrinin dövlət arxiv xidməti rəhbərlərinin Məşvərət Şurasının XX iclasında Azərbaycan Respublikasını Milli Arxiv İdarəsinin Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov təmsil edib.

Sözügedən tədbirdə gündəliyə uyğun olaraq, Məşvərət Şurasının XIX İclasının qərarının icra vəziyyəti ilə bağlı məlumat, o cümlədən “2019-2023-cü illərdə MDB üzvü ölkələrdə arxiv işinin vəziyyətinə dair analitik məlumat” iştirakçıların diqqətinə çatdırıldı.

Daha sonra Məşvərət Şurasının üzvləri (müvafiq respublikaların dövlət arxiv xidməti rəhbərləri və səlahiyyətli şəxsləri) təmsil etdikləri ölkələrdə 2024-cü ilin birinci yarısında arxiv işinin vəziyyətinə dair hesabatla, o cümlədən “Arxiv işi və informasiya təminatı sahəsində peşəkar standartlar”, “Qanunvericilik və normativ-hüquqi aktların rəqəmsallaşdırma şəraitində təkmilləşdirilməsi” və s. mövzularda məruzə ilə çıxış etdilər.

Tədbirdə iştirak edən nümayəndələr tərəfindən arxiv işinə aid olan müxtəlif məsələlər üzrə müzakirələr keçirildi, fikir mübadiləsi aparıldı.  Daha sonra MDB ölkələrinin dövlət arxiv xidməti rəhbərlərinin Məşvərət Şurasının XX iclası barədə yekun qərar layihəsi səsə qoyularaq qəbul edildi.

8 avqust 2024-cü il tarixində Düşənbə şəhərində “Kinofotofono sənədləri arxivləri müasir cəmiyyətdə: inkişafın aktual istiqamətləri” mövzusunda beynəlxalq elmi-nəzəri konfrans keçirildi. Konfransda MDB ölkələrinin dövlət arxiv xidməti rəhbərlərinin Məşvərət Şurasının üzvləri, səlahiyyətli şəxslər, o cümlədən müvafiq sahə üzrə fəaliyyət göstərən mütəxəssislər, arxivçilər, elmi-tədqiqat və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirdi.

Sözügedən konfransda Natiq Eminov “Audiovizual arxiv sənədlərinin istifadəsində müasir yanaşmalar və təcrübələr” mövzusunda məruzə ilə çıxış etdi.

Daha sonra məruzələr üzrə geniş fikir mübadiləsi aparıldı, əldə edilmiş nailiyyətlər, problemlər haqqında iştirakçılara məlumat verildi. Bununla yanaşı Tacikistan Respublikasının Dövlət Kino-Foto-Fono Sənədləri Arxivinin 80 illiyi münasibətilə arxivin fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş etdirildi.

Daha sonra konfrans iştirakçılarının mükafatlandırılması mərasimi keçirildi. Konfransın işində fəal iştiraka görə təşkilatçılar tərəfindən Natiq Eminov “Fəxri Fərman”la təltif edildi.

Sonda nümayəndə heyətləri Tacikistan Milli Muzeyində olub, Tacikistanın tarixi, mədəni, elmi  və s. sahələrini əhatə edən çoxsaylı muzey eksponatlarına baxış keçirdilər.   

 


Bugün: 448
Dünən: 947
Bu həftə: 3450
Son həftə: 7045
Bu Ay: 2525
Son Ay: 25580
Bu İl: 215343
Ümumi: 1235764
1235764