Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Vahid Elektron Arxiv Məlumat Sisteminin ilk mərhələsi üzrə görülmüş işlərin təqdimatı keçirilmişdir

22 iyun 2023-cü il tarixində Milli Arxiv İdarəsində Vahid Elektron Arxiv Məlumat Sisteminin ilk mərhələsi üzrə görülmüş işlərin təqdimatı keçirilmişdir. Təqdimatda İdarənin rəhbərliyi, şöbə müdirləri və respublika dövlət arxivlərinin direktorları iştirak etmişdirlər.

İdarə rəisinin müavini Həsən Həsənov çıxış edərək Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 fevral tarixli 1815 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında arxiv işinin inkişafına dair 2020-2025-ci illər üzrə Dövlət Proqramı”nın 6.2-ci hissəndə nəzərdə tutulan tapşırıqların icrası barədə məlumat vermişdir. Arxiv sənədlərinin nəşri, istifadəsi və informasiya təminatı şöbəsinin müdiri Natiq Eminov adıçəkilən Dövlət Proqramında nəzərdə tutulan tapşırıqların icrasının nəticəsi olaraq hazırlanmış Vahid Elektron Arxiv Məlumat Sisteminin ilk mərhələsi üzrə görülmüş işlər barəsində iştirakçıları məlumatlandırmışdır.

           Daha sonra “SİNAM MMC”-in əməkdaşları proqram təminatı üzrə görülmüş işlər barədə ətraflı məlumat vermiş, proqramın işləmə mexanizmi nümayiş etdirilmişdir. 

 

 


DİGƏR XƏBƏRLƏR



Bugün: 1101
Dünən: 1012
Bu həftə: 1101
Son həftə: 7197
Bu Ay: 27714
Son Ay: 26944
Bu İl: 101879
Ümumi: 1414463
1414463