Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Vətən Müharibəsi Şəhidlərinin şəxsi mənşəli arxiv fondlarının yaradılmasına başlanılmışdır

         “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq 44 günlük Vətən Müharibəsində qəhrəmancasına Şəhid olmuş vətən övladlarının əziz xatirəsinin əbədiləşdirilməsi, həmçinin onlara aid olan sənədlərin vahid şəxsi arxiv fondunda toplanılması, mühafizəsi, istifadəsi və gələcək nəsillərə ötürülməsi  məqsədilə müvafiq tədbirlərin görülməsinə start verilmişdir.

          Bu istiqamətdə Vətən Müharibəsi Şəhidləri Rəşad Ələkbərovun (Laçın dəhlizi uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur), Oruc Əliyevin (Murov döyüşlərində Şəhid olmuşdur), Nemət Məmmədovun (Qubadlı rayonu uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur) və Murad İbrahimovun (Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə Şəhid olmuşdur) şəxsi sənədlərinin və foto albomlarının surətləri Dövlət Arxivinin Gəncə filialına təqdim edilmişdir. 

 

 

Ələkbərov Rəşad

Vəliyev Oruc

Məmmədov Nemət

İbrahimov Murad

 


Bugün: 482
Dünən: 1440
Bu həftə: 482
Son həftə: 14312
Bu Ay: 38299
Son Ay: 55392
Bu İl: 190338
Ümumi: 1884263
1884263