Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Xalq artisti Hüseynqulu Sarabskinin anadan olmasının 140 illiyi münasibətilə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin sənədləri əsasında hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilmişdir

            Bu il anadan olmasının 140 illiyini qeyd etdiyimiz Hüseynqulu Sarabski yüksək səhnə ustalığı və dərin musiqi biliyi sayəsində adını Azərbaycan milli incəsənət tarixinə qızıl hərflərlə yazdırmağa nail olmuşdur.

           Hələ uşaqlıqdan böyük musiqi marağı və məlahətli səsi ilə tanınan Hüseynqulu  Sarabski kiçik yaşlarından rövzəxanları və xanəndələrı dinləyər, əzbərlədiyi mərsiyə və qəsidələri, mahnı və muğamları ustalıqla ifa edərdi. Həvəskarlar tərəfindən “Xan Sarabi” adı altında səhnələşdirilmiş dahi mütəfəkkir Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” komediyasına ilk dəfə tamaşa etdikdən sonra özünün gələcək sənət adını – Sarabskini seçdi.

            Səhnə fəaliyyəti həvəskar teatr truppalarından başlayan H.Sarabski tamaşaların birində ifa etdiyi “Hicaz” muğamı ilə onu izləyən Üzeyir Hacıbəyovun diqqətini cəlb etdi.  Böyük bəstəkara dünya şöhrəti gətirəcək operasının Məcnunu məhz onun timsalında tapıldı.

            Otuz ildən artıq olan səhnə yaradıcılığı dövründə neçə-neçə opera və operettalarda əsas partiyaların ifaçısı olmasına baxmayaraq, o, hər kəsin yaddaşında “milli səhnəmizin Məcnunu” kimi həkk olunmuşdur.

            Sözügedən sərgidə dahi sənətkarın həyat və fəaliyyətinə aid olan bir sıra sənədlər və fotoşəkillər yer almışdır.

            Sərgi ilə BURADAN tanış ola bilərsiniz. 

 


Bugün: 735
Dünən: 773
Bu həftə: 1508
Son həftə: 4759
Bu Ay: 11339
Son Ay: 20754
Bu İl: 76640
Ümumi: 1097061
1097061