Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

Xalq artsiti İsmayıl Osmanlının anadan olmasının 120 illiyi münasibətilə hazırlanmış virtual sərgi istifadəçilərin ixtiyarına verilmişdir.

Azərbaycan teatr və kino sənətinin böyük ustadlarından biri olan İsmayıl Osmanlının bu il anadan olmasının 120 illiyi tamam olur.

Çağdaş sənətsevərlər qocaman aktyoru əsasən, bədii film lentlərindən xatırlayırlar. Ancaq unutmamalıyıq ki, İsmayıl Osmanlı ömrünün təxminən 50 ildən çox dövrünü böyük sənət məbədi olan Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına həsr etmişdir. Bu teatrın səhnəsində yaratdığı bir-birindən maraqlı, müxtəlif obrazları ilə dövrünün teatr tamaşaçılarının hər zaman səmimi alqışlarını qazanmışdır.

Epizodik rolların mahir ifaçısı olan İsmayıl Osmanlının sənəti dövlət tərəfindən daima yüksək qiymətləndirilmişdir. O, 1949-cu ildə Azərbaycan SSR, 1974-cü ildə isə SSRİ xalq artisti fəxri adlarına layiq görülmüş, orden və medallarla təltif olunmuşdur.

Bu gün təqdim olunan sərgi qocaman aktyorun öz şəxsi fondunda saxlanılan sənədlər əsasında hazırlanmışdır.

 

             Virtual sərgi ilə BURADAN tanış ola bilərsiniz. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Bugün: 710
Dünən: 676
Bu həftə: 2758
Son həftə: 4358
Bu Ay: 18888
Son Ay: 22161
Bu İl: 63435
Ümumi: 1083856
1083856