Azərbaycan Respublikasının

Milli Arxiv İdarəsi

Arxiv işlərinə gərək çox ciddi fikir verək.
Bir tərəfdən ona görə ki, bu, xalqımızın tarixini əks etdirən
yeganə mənbədir. İkincisi də ona görə ki, tariximizi təhrif
edənlərin qarşısını almaq üçün çox mühüm amildir.

Son Xəbərlər

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dövlət Arxivi Şirvan filialının həyətində yeni həmişəyaşıl ağaclar əkilib

“Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il  tarixli Sərəncamının icrası ilə əlaqədar Milli Arxiv İdarəsi tərəfindən təsdiq edilmiş müvafiq “Tədbirlər Planı”na uyğun olaraq dövlət arxiv xidməti təşkilatlarında silsilə xarakterli tədbirlərin həyata keçirilməsi davam etdirilir.

           Bu məqsədlə İdarə və İdarənin tabeliyində fəaliyyət göstərən dövlət arxiv xidməti təşkilatları tərəfindən ağacəkmə aksiyaları, abadlıq və təmizlik tədbirləri, iməciliklər keçirilməkdədir. Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılması, yaşıllıq zonaların genişləndirilməsi, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək məqsədilə növbəti tədbir Dövlət Arxivinin Şirvan filialında həyata keçirilib.

Dövlət Arxivi Şirvan filialının direktoru Nəsibə Məmmədovanın rəhbərliyi ilə filialın kollektivi tərəfindən filialın həyətində abadlıq işləri görülüb, mövcud ağaclara, güllərə aqrotexniki qulluq göstərilib, ərazi alaq otlardan təmizlənib, çoxlu sayda həmişəyaşıl şam ağacları əkilib. 


Bugün: 797
Dünən: 978
Bu həftə: 4773
Son həftə: 7846
Bu Ay: 24189
Son Ay: 26944
Bu İl: 98354
Ümumi: 1410938
1410938